Azərbaycan qaz xabına çevrilir
Rusiya qazının idxalına ehtiyacın səbəbi nədir? Jurnalistlərin bu sualına cavab verən SOCAR prezidenti Rövnəq Abdullayev deyib ki, SOCAR Rusiya qazının alınması ilə bağlı təkliflərini “Qazprom”a təqdim edib.
Onun sözlərinə görə, SOCAR 3 mlrd kubmetr qaz almağı planlaşdırır və infrastruktur problem yoxdur.
Abdullayev deyib ki, idxal qazı bu məsələlərin həlli üçün lazımdır. Əvvəla, SOCAR və ВР-nin rəhbərlik etdiyi konsorsiuma neft hasilatının sabitləşməsi və artırılması məqsədilə laylara doldurmaq üçün səmt qazı lazımdır. Qalan həcm ölkənin ehtiyaclarına yönəldilir. Neftçilər bu qazı quyulara vuracaq və quyuların məhsuldarlığı artacaq. Neft həmişə qazdan bahadır. Ona görə belə yanaşma biznesin bütün iştirakçılarına əlverişlidir.
İkincisi, qaz anbarlarımız yenidən qurulandan sonra imkanları genişlənib. Onlarda 5 mlrd kubmetr qaz saxlamaq olar. Amma SOCAR anbarlara ən çoxu 3,3-3,5 mlrd kubmetr qaz vurur. “Yay aylarında İran istifadə etmədiyi həcmdə qaza malik olur. İranda qaz istehlakının pik həddi qış fəslinə düşür. Hazırda bizim yeraltı qaz anbarlarına yayda İran qazının doldurulmasına dair danışıqlar aparılır. Məqsəd qış fəslində İranın şimal rayonlarını qazla təmin etməkdir”, - deyə R.Abdullayev bildirib.–12В--
-
- İqtisadiyyat
- 16 Mart 2016 13:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz