SOCAR yeni özüldən ildə 500 min ton neft və 1 mln kubmetr qaz çıxarmağı planlaşdırır
“Günəşli” yatağındakı 7 saylı dərin dəniz özülünün istismara verilməsi bu yataqda hasilatın sabitləşməsi ilə nəticələnəcək, deyə SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.
“Günəşli” yatağında daha bir özül tikməyi planlaşdırırıq, yaxın vaxttlarda onun layihələndirilməsinə başlanılacaq”, deyə R.Abdullayev qeyd edib.
SOCAR rəhbəri qeyd edib ki, 7 saylı dəniz özülündən sutkada 1 mln kubmetr qaz və 1400 ton neft çıxarılacaq.
«“Günəşli” yatağında ilk dəfə 7 saylı dəniz özülündən üfqi quyular qazılacaq»,- deyə SOCAR rəhbəri bildirib.
Platforma dənizin 148 metr dərinliyində quraşdırılıb. O, 20 istismar quyusunun qazılması üçün nəzərdə tutulub. Bu quyulardan 6-ı hər birinin sutkalıq hasilatı 150 min kubmetr qaz və 15 ton kondensat təşkil edən 6 qaz, hər birinin sutkalıq hasilatı 100 ton neft və 15 min kubmetr səmt qazı təşkil edən 14 neft quyusunun qazılması üçün quraşdırılıb.
Quyularda qazma işləri iki müasir qazma qurğusunun (ZJ 70/4500 DZ (Çin) və Bentec 3000 HP AC (AFR)) köməyi ilə həyata keçiriləcək. İkinci qurğu daha geniş imkanlara malik olub 8-9 min metr dərinlikdə quyuların qazılmasına imkan verir.
Yeni platformanın tikinti xərcləri 180 mln. 827,9 min manat təşkil edib. —12С—
-
- Cəmiyyət
- 16 Mart 2016 11:42
-
- İqtisadiyyat
- 16 Mart 2016 13:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz