- İqtisadiyyat
- 16 İyul 2014, 12:00
- 139
VTB (Azərbaycan) kiçik və orta biznes üçün kredit portfelinin həcmini artırdı
Bank VTB (Azərbaycan) ASC-nin kiçik və orta biznesin kreditləşməsinə dair portfelinin həcmi 2014-cü il iyulun 1-nə 73,1 mln. manata çatmışdır ki, bu da ötən ilin müvafiq dövrü üzrə olan göstəricidən üç dəfə artıqdır.
VTB (Azərbaycan) cari ilin birinci yarısında ölkənin kiçik və orta biznes nümayəndələrinə 29,3 mln. manat kredit vermişdir. Qeyd etməliyik ki, ötən ilin ikinci rübünün sonunda biznesin kreditləşməsinin həcmi 12,7 mln manat olmuşdur.
Bank VTB (Azərbaycan) ASC-nin Kiçik və orta biznes İdarəsinin rəisi Bəhruz Camalov: “Bazarın inkişaf tendensiyasını nəzərə alaraq biz kiçik və orta biznesin inkişafında fəal iştirak edirik. Belə ki, cari ilin sonuna biznes kreditləşmə üzrə portfelin həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətindəyik. Qeyd edək ki, 2012-ci ildə biz bu bazara iki milyonluq kredit portfeli ilə daxil olmuşduq və SME-kreditləşmə bazarının kifayət qədər rəqabət qabiliyyətli olmasına baxmayaraq əhəmiyyətli nəticələr əldə etmişik”.
* Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 6 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub. ®
-
- Cəmiyyət
- 16 İyul 2014 12:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz