VTB-Azərbaycanın müştəriləri krediti online-rejimdə ödəyəcək
“Bank VTB (Azərbaycan)” “E-Pul” elektron ödəniş sisteminə qoşulub ki, bu da bankın müştərilərinə kredit üzrə borclarını onlayn rejimdə ödəməyə imkan verəcək. VTB-Azərbaycan bu sistemə qoşulan 19-cu bankdır.
Press-relizə əsasən, bunun üçün internet istifadəçiləri www.e-pul.az portalında “Bank xidmətləri” bölməsinə daxil olub, “Bank VTB (Azərbaycan)” səhifəsinə keçid aldıqdan sonra ödənişi həyata keçirəcək.
“E-Pul” servisi həftənin 7 günü, 24 saat fasiləsiz fəaliyyət göstərir. Saat 17.00 və qeyri-iş günlərində ödənilən kreditlər növbəti iş günündə ödənilmiş hesab olunacaq.
“Bank VTB (Azərbaycan)”ın pərakəndə biznes departamentinin rəhbəri Tural Vəliyev bildirib: “Bizim bank müştərilərinə yüksək keyfiyyətli xidmətlər göstərməyə çalışır. Bu xidmətlər arasında məsafəli bank xidməti də var. E-Pul portalına qoşulmaq – bu istiqamətdə atılan növbəti addımdır. Əsas məqsəd müştərilərin rahatlığını təmin etmək. İndi kredit ödənişi üçün banka gəlməyə və ya ödəniş terminalı axtarmağa ehtiyac qalmayacaq. Bunlar onlayn rejimdə mümkün olacaq” --17D—
-
- İqtisadiyyat
- 14 May 2015 16:56
-
- Cəmiyyət
- 14 May 2015 17:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz