«Xalq evləri» tikmək təklif edilir
İpoteka kreditləşməsi vətəndaşların tələbatını ödəmir. Ona görə “xalq evləri” ideyasına baxmaq lazım gəlir. Bir sıra ekspertlər bu məsələyə başqa cür baxır.
2014-cü ilin büdcəsi parlament komitəsində müzakirə edilən zaman deputat Əli Məsimli təklif edib ki, əhalinin aztəminatlı təbəqəsinn mənzillə təminatını yaxşılaşdımaqan ötrü Bakı və regionlarda “xalq evləri” tikilməsini təklif edib. Onun sözlərinə görə, hər ailə ayda 50, 60, 70 manat ödəməklə həmin evlərdə məskunlaşmalı, sonda mənzil həmin ailəyə qalmalıdır. «İqtisadi Təşəbbüslərə Yardım» İB-nin sədr müavini Rövşən Ağayev Turan-a bildirib ki, konstitusiyaya görə, dövlət vətəndaşa mənzil zəmanəti verir. Mənzil Məcəlləsinə əsasən, dövlət aztəminatlı ailələrin evlə təminatı məsuliyyətini üzərinə götürüb. Bununla bələdiyyələr məşğul ola bilər. Hökumət bu istiqamətdə lazımi addımlar atmayıb. Ağayevin sözlərinə görə, Avropada mənzil fondunun 20-25%-i sosial mənzillərdir. Finlandiyada bu göstərici 35%-dir.
Ağayev deyib ki, hökumət hündürmərtəbəli evlər tikib güzəştli şərtlərlə onları aztəminatlı ailələrə təklif edə bilər. Hökumət bu məqsədlə mənzil-tikinti şirkətlərindən hazır mənzillər də ala bilər.
Ağayev qeyd edib ki, hökumət kommersiya və sosial ipotekanın faiz dərəcələrini azaltmaq üçün iqtisadi zəmin yaratmalıdır.
2014-cü ildə hökumət sosial ipotekaya 40 mln manat ayırmağı planlaşdırır. 08B
-
- İqtisadiyyat
- 5 Noyabr 2013 16:31
-
- Siyasət
- 5 Noyabr 2013 17:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz