- İqtisadiyyat
- 16 Aprel 2014, 13:15
- 218
Xarici neft şirkətlərinin dövlət büdcəsinə ödənişləri xeyli azalıb
Bu ilin I rübündə Azərbaycanda neft hasilatı ilə məşğul olan xarici neft şirkətləri dövlət büdcəsinə 262,3 mln manat ödəniş ediblər. Energetika naziri Natiq Əliyevin 13 aprldə hökumətin iclasında məruzəsindən belə nəticəyə gəlmək olar.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 191 mln manat və ya 42,1% azdır.
Qeyd edək ki, 2013-cü ilin I rübündə Azərbaycanda neft hasilatı ilə məşğul olan xarici neft şirkətləri dövlət büdcəsinə 453,3 mln manat köçürmüşdü.
Azərbaycanda neft və qaz hasilatı ilə 12 əməliyyat şirkəti və bir müştərək müəssisə məşğul olur.
Amma Azərbaycanın statistika qurumları onların ödəniş, hasilat və ixrac həcmini ayrıca göstərmir, ABƏŞ və ya beynəlxalq konsorsium kimi verirlər.—12А--
-
- Cəmiyyət
- 16 Aprel 2014 13:08
-
- İqtisadiyyat
- 16 Aprel 2014 13:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz