Xarici ticarət dövriyyəsi 5,1% artıb
Bu ilin yanvar-oktyabrında Azərbaycanın xarici ticarət dövriyyəsi $28,8 mlrd olub. Bu, bir il öncəkindən 5,1% çoxdur. İdxal əməliyyatlarının artım tempi 15,8% təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin on ayında Azərbaycandan $19,9 mlrd-lıq mal ixrac edilib. Bu, 2012-ci ilin eyni dövründəkindən 0,93% çoxdur. İxracın çoxu ($18 448 mln və ya 92,2%) enerji resurslarıdır. İxracın 47,1%-i ($9,4 mlrd) Aİ-nin payına düşür. İxracda dövlət sektorunun payı 93,3%-dir ($18,6 mlrd).
Deyilən dövrdə ölkəyə $8 877,3 mln məbləğində mal idxal edilib. Bu, 2012-ci ilin eyni dövründəkindən 15,8% çoxdur.Aİ ölkələrindən idxal $3 012 mln və ya 33,9%-dir. İdxalda dövlət sektorunun payı 30,7%-dir ($2 728 mln).
Xarici ticarət balansının müsbət saldosu $11 044 mln olub.
Bu il Azərbaycan 147 ölkə ilə ticarət əlaqəsi saxlayıb. 1 915 adda mal ixrac edilib, 5 960 adda mal idxal olunub. İdxal-ixrac əməliyyatları ilə 6332 sahibkarlıq subyekti məşğul olub. Bunun 3 616-ı hüquqi şəxsdir, 268 müəssisə dövlət sektoruna aiddir. 08D
-
- Siyasət
- 19 Noyabr 2013 16:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz