Xəzəryanı ölkələr nərə balığının tutulması qadağasını uzadıblar
Xəzəryanı ölkələr 2015-2016-cı illərdə Xəzər hövzəsində nərə balığı növlərinin sənaye (ticari) məqsədləri ilə tutulmasına qoyulmuş qadağanı uzatmaq barədə razılıq əldə ediblər.
“Bu qərar Xəzər dənizinin bioloji su resursları üzrə Komissiyasının mayın 29-da Sankt-Peterburqda başa çatmış 35-ci iclasında qəbul edilib”, deyə Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş tədbirin məlumatında qeyd edilir.
Xəzəryanı ölkələr hər il nərə balığı ovuna qadağanı təsdiq edir. Bu balıqlar yalnız elmi araşdırma məqsədləri ilə və süni çoxaltma üçün tutula bilər.
Bu arada, Xəzərdə nərə balığı ehtiyatları azalmaqda davam edir ki, bu da bu balıq növünün qorunması üzrə tədbirlərin gücləndirilməsini tələb edir. Buna görə tərəflər sazişin ən qısa zamanda ratifikasiyası üçün zəruri dövlətdaxili prosedurları sürətləndirmək barədə razılığa gəliblər. İclasın sonunda yekun protokol imzalanıb.
Qeyd edək ki, nərə balıqlarının qorunub saxlanması məsələsində əsas problem brakonyerlikdir. Ciddi qadağalara baxmayaraq, İrandan başqa bütün Xəzəryanı ölkələrin bazarlarında nərə kürüsü və əti rahatlıqla satılır. Həm də son illər brakonyerlər körpə balıqları tuturlar. -02D-
-
- Siyasət
- 2 İyun 2015 18:07
-
- İqtisadiyyat
- 2 İyun 2015 19:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz