Yanukoviç: Ukrayna Azərbaycandan hər il 4 mln ton neft alır
Kiyev Bakı ilə qaz və neft emalı sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyir, deyə Viktor Yanukoviç MDB, Baltikyanı və Gürcüstan baş redaktorlar klubunun üzvləri ilə görüşündə deyib. Bu barədə Ukrayna prezidentinin saytı məlumat verir.
"Azərbaycandan olan tərəfdaşlarımızla daim danışıqlar aparırıq. Hesab edirik ki, qaz və neft emalı sahəsində əməkdaşlıq Bakı və Kiyev üçün əlverişlidir", - deyə dövlət başçısı bildirib.
O qeyd edib ki, bu işin bir hissəsi görülüb və Ukrayna Azərbaycandan hər il 4 mln ton neft alır.
Prezident məlumat verib ki, Ukrayna müxtəlif eneji layihələrində iştirakda maraqlıdır. Söhbət qaz nəqliyyat sisteminin tikintisindən gedir. --0--
-
- İqtisadiyyat
- 13 İyul 2012 13:50
-
- Siyasət
- 13 İyul 2012 14:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz