Yeni ildən alkoqollu içkilər yalnız ödəniş kartı ilə alınacaq
Dövlət başçısı İlham Əliyev Azərbaycan ərazisində aksiz markaları ilə markalanmış malların dövriyyəsinin tənzimlənməsi qaydalarını təsdiq edib.
Qaydalar Vergi Məcəlləsinə uyğun hazırlanıb və ölkə ərazisində aksiz markaları ilə markalanmış malların dövriyyəsi üçün şərtləri və tələbləri müəyynn edir.
İçki spirti, spirtli içkilər, o cümlədən pivə, tütün məmulatı aksiz markaları ilə markalanmalıdır.
Markalanmış malların istehsal binasından kənara aparılması, ixracı və satışına sahibkarların müvafiq lisenziyası olduğu halda icazə verilir.
Markalanmış aksiz mallarının satışı (pərakəndə satış istisna) yalnız ciddi hesabat blankları üzrə həyata keçirilir.
Qaydalara əsasən, marrkalanmış alkoqollu içkilərin nağd ödənişlə satışına və ya satış üçün alınmasına yol verilmir. Beləliklə, 1 yanvar 2016-cı ildən istehlakçıların ödəniş kartları əldə etməsi lazım gəlir. 08D
-
- Cəmiyyət
- 9 Dekabr 2015 11:20
-
- İqtisadiyyat
- 9 Dekabr 2015 12:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz