Zəmanətsiz kreditlərin həcmi təxminən yarıya qədər azalıb
Bu ilin birinci yarısında Azərbaycanın təsərrüfat subyektləri tərəfindən $4411,5 mln. həcmində xarici kapital cəlb olunub.
Bu 2011-ci ilin müvafiq dövrünün göstəricisindən $409,6 mln. və ya 10,2% çoxdur.
Ölkənin ödəniş balansının məlumatına görə, birbaşa xarici investisiyalar $495,6 mln. və ya 25% artaraq $2496,1 mln. təşkil edib.
Qeyri-neft sektorunda birbaşa investisiyaların həcmi $34,2 mln. və ya 8,2% artaraq $451,3 mln. təşkil edib.
Milli iqtisadiyyata daxil olan kreditlərin və digər investisiyaların həcmi 4,4% azalıb.
Dövlət zəmanətli kreditlər 25,7% azalaraq $451,5 mln., zəmanətsiz kreditlər 49,1% azalaraq $593,3 mln., o cümlədən qeyri-neft sektorunda 22,2% azalaraq $593,1 mln. təşkil edib.
Qeyri-neft sektorunda zəmanətsiz kreditlərin böyük hissəsi banklar tərəfindən $502,5 mln. həcmində cəlb edilib ki, bu da 2011-ci ilin yanvar-iyun aylarının göstəricisindən 5,5% çoxdur.
Digər investisiyalar 3,8 dəfə artaraq $868,6 mln. təşkil edib. Hesabat dövründə ölkə $2 mln. həcmində neft bonusu alıb.
2012-ci ilin ilk altı ayında ölkə əvvəl cəlb olunmuş kreditlər üzrə $1133,5 mln. məbləğində kredit borcunu ödəyib. Bunun 41,6% ($471,3 mln.) banklar, 13,3% ($150,7 mln.) dövlət və dövlət zəmanətli kreditlər üzrə, 35,2% ($399,1 mln.) neft-qaz sektoru və 9,9% ($112,4 mln.) digər müəssisə və firmalar tərəfindən ödənilib.--15B--
-
- Cəmiyyət
- 11 Sentyabr 2012 17:17
-
- Sual-cavab
- 11 Sentyabr 2012 18:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz