- Mədəniyyət
- 14 Aprel 2020, 22:50
- 136
İstanbuldakı Azərbaycan sərmayəli nəşriyyat uşaqlar üçün korona virusuna dair kitab çap edib
Bakı/14.04.20/Turan:Turan agentliyinin məlumatına görə,İstanbuldakı Azərbaycan sərmayəli HEP nəşriyyatı uşaqlar üçün korono virusuna dair kitab çap edib.İngilis dilindən tərcümə edilən kitabın müəllifləri Elizabeth Jenner,Kate Wilson və Nia Roberts, rəssamı isə Axel Schefflerdir.Korona virusu barədə ümumi məlumatların təqdim edildiyi kitabda uşaqların bu epidemiyadan özlərini qorumalarının yolları da göstərilir.Kitabdakı qısa dialoqların və sual-cavabların məzmununa uyğun şəkillər uşaqların korona virusu xəstəliyinin mahiyyətini daha dərindən anlamalarına və o xəstəlikdən qorunmğın yollarını öyrənmələrinə kömək edir.”Çocuklar için koronavirüs” kitabının çıxması münasibətiylə Turan agentliyinə açıqlama verən HEP nəşriyyatının koordinatoru Ercan Kırali deyib: “Kitabı sürətlə tərcümə etdirib çap etdik.Nəşriyyatımız bunu özünə borc bildi.Çünki bundan sonrakı dönəmdə viruslardan qorunmaq həyatımızın başlıca məsələlərindən biri olacaq.Uşaqlarımızı buna şüurlu şəkildə hazırlamağın ən təsirli yolunun kitablar olduğunu düşünürük.Ona görə bu sahədəki çap işlərimzi davam etdirəcəyik”
Qeyd edək ki, HEP nəşriyyatı Azərbaycan sərmayəli TEAS yayıncılık şirkətiniin bir qoludur.Cambridge nəşrlərinin Türkiyə təmsilçsi olan TEAS yayıncılık şirkəti kitab bazarında mühüm yer tutur. -0-
-
- Dünyada
- 14 Aprel 2020 21:47
Mədəniyyət
-
Azərbaycanın zəngin mədəni irsi arasında teatr sənəti xüsusi yer tutur. Lakin bu irsin mühüm bir hissəsi olan bölgə teatrları uzun illər boyu paytaxt tamaşaçısından kənarda qalıb və tamaşaçı auditoriyası paytaxta nisbətən məhduddur. "Bölgə teatrlarının Bakı premyerası" layihəsi, bu boşluğu aradan qaldırmaq məqsədilə həyata keçirilərək, bölgə teatrlarını Bakı səhnəsinə daşımaqla həm yerli teatr sənətinə yeni nəfəs gətirir, həm də mədəniyyətlərarası dialoqu gücləndirir.
-
Tarix elmləri doktoru Cəmil Həsənlinin 2024-cü ilin son günündə “Təbriz-1946-cı il: Milli Hökumətin Zəfər və Faciəsi” kitabı çapdan çıxıb.
-
Kino həmişə həyatın mürəkkəbliyini əks etdirən bir güzgü olub və bəzən ən dərin həqiqətləri üzə çıxaran səssiz bir şahid rolunu oynayıb. 25 dekabrda Bakının Nizami Kino Mərkəzində hekayə anlatımı və yaradıcılığın möhtəşəm bir bayramı keçirildi. Azərbaycan Kino İttifaqının təşkil etdiyi bu tədbir, “Ağ qara hərflərin rəngli yuxuları” layihəsinin final mərhələsini qeyd etdi və Rövşən İsaxın rejissorluğu ilə hazırlanmış Məhkəmə adlı qısametrajlı bədii film nümayiş etdirildi. Bu gecə sadəcə bir film premyerası deyil, həm də öyrənmə və yaradıcı əməkdaşlıq yolunda böyük bir nailiyyətin təntənəsi idi.
-
Ekranın cazibəsi tez-tez aktrisaların, xüsusilə yaşlandıqca qarşılaşdıqları ifadə olunmayan mübarizələri gizlədir. Parlaq işıqların və alqışların arxasında, stereotiplərlə, cəmiyyətin təzyiqləri ilə və məhdud imkanlarla dolu bir reallıq dayanır. Bir çox aktrisa üçün zamanın keçməsi yalnız şəxsi kimliklərini deyil, həm də gənclik və ənənəvi gözəllik standartlarına fokuslanmış bir sənayedə peşəkar varlıqlarını təhdid edir.
Rəy yaz