Lisa Monaco
ABŞ yarım milyard dollardan çox Rusiya aktivlərini müsadirə edib
Vaşinqton/20.04.23/Turan: ABŞ-ın Ədliyyə Nazirliyi Rusiyanın təcavüzünün dəstəklənməsinə və ABŞ-ın iqtisadi sanksiyalarından yayınmaya görə Rusiya oliqarxlarına məxsus yarım milyard dollardan çox aktivə həbs qoyub, bu barədə çərşənbə günü Bayden Administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.
"Biz sanksiyalardan yayınmaqda, ixrac nəzarətini pozmaqda, çirkli pulların yuyulmasında və digər cinayətlərdə ittiham olunan 30-dan çox şəxsə qarşı ittiham irəli sürmüşük", deyə ABŞ baş prokurorunun müavini Liza Monako Senatda çıxışında bildirib.
O, Ədliyyə Nazirliyinə təkcə sanksiyaları pozanların pullarına həbs qoymaq deyil, həm də bu vəsaiti Ukraynanın bərpasına yönəltmək səlahiyyəti vermək xahişi ilə Amerika qanunvericilərinə müraciət edib.
"Rusiya Ukraynada hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törədib. Biz hərbi cinayətkarların təcavüzə və törətdikləri vəhşiliklərə görə məsuliyyətdən yayınmasına imkan verə bilmərik", deyə o bildirib. 0
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz