AND Hərəkatanının Turan-a dəstək bəyanatı
Bakı/17.08.17/Turan: Turan agentliyinə qarşı yeni təzyiq kampaniyası hakimiyyətin acizliyinin yeni göstəricisidir. Bu barədə AND Azərbaycan Siyasi Mühacirlər Hərəkatının bəyanatında deyilir.
Bu gün Turan agentliyinin mətbuat bülletenlərinə Bakıda fəaliyyət göstərən bütün səfirliklər abunəçidir. XİN-in mətbual xidməti belə Turan agentliyinin xəbərlərinə abunəçidir.
AND hərəkətı bəyan edir ki, ölkə daxilində müstəqil mətbuat organlarından biri olan Turan agentliyinə təzyiqlər demokratiyaya yeni bir zərbə cəhdidir. Hərəkat bu addımı ən sərt formada pisləyir və təzyiqlərə son qoymağı tələb edir.
AND hərəkəti beynəlxalq təşkilatlara səslənərək Azərbaycan hakimiyyətinə təzyiql göstərilməsini xahiş edir .
* AND (Azərbaycan Naminə Demokratiya) 2016-cı ildə Avropada yaşayan bir qrup siyasi mühacir tərəfindən yaradılıb. -02D-
Siyasət
-
Noyabrın 23-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda müxtəlif ölkələrdən olan ekofəlallr liderlərin kifayət qədər iqlim maliyyəsi ödənilməsi barədə razılığa gələ bilməməsinə etiraz olaraq aksiya keçirib.
-
Bakıda COP29 iqlim konfransının bağlanışı ərəfəsində Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs olunmuş jurnalistlərin cinayət işlərinə diqqəti yönəldib.
-
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu sessiyası üzrə danışıqlar 24 noyabr tarixinə qədər uzadılıb. Bu barədə UNFCCC Katibliyindən bir mənbə Turan informasiya agentliyinə məlumat verib. Mənbənin sözlərinə görə, iştirakçılar həmin tarixə qədər yekun sənədləri razılaşdırıb imzalamağı planlaşdırırlar.
-
Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, İstanbul prokurorluğunun Qaçaqmalçılığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşını böyük miqdarda qızılla saxlayıblar.
Rəy yaz