Avropa İttifaqı insan hüquqlarının pozulmasına görə qlobal sanksiyalar rejimini saxlayıb
Avropa İttifaqı insan hüquqlarının pozulmasına görə qlobal sanksiyalar rejimini saxlayıb
Dekabrın 5-də Avropa İttifaqı Şurası insan hüquqlarının ciddi pozulmasına və sui-istifadə hallarına görə sanksiyalara məruz qalan şəxslərin, təşkilatların və orqanların siyahısını yeniləmək və bir il uzatmaq qərarına gəlib.
Son yeniləmələrlə sanksiyalar 116 şəxsə və 33 təşkilata şamil edilir. Bu barədə Avropa İttifaqının saytındakı məlumatda deyilir.
Sözügedən şəxslər aktivlərin dondurulmasına məruz qalırlar və Avropa İttifaqı şəxslərinə və təşkilatlarına onlara vəsait, maliyyə aktivləri və ya iqtisadi resurslar vermək qadağan edilib. Bundan əlavə, siyahıda göstərilən fiziki şəxslərə Avropa İttifaqına səyahət qadağası tətbiq olunur.
Avropa İttifaqının sanksiyalarına məruz qalanların arasında Rusiya, Belarus, Birma, Haiti, əfqanıstan və digər ölkələrin rəsmi şəxsləri, həmçinin insan hüquqlarının pozulmasında hakimiyyət orqanlarına kömək edən özəl strukturlar var.
-
- Söz istəyirəm
- 5 Dekabr 2024 17:12
-
- Siyasət
- 5 Dekabr 2024 17:46
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz