Azərbaycan parlamentariləri Fransaya qarşı sanksiyalar tətbiq etməyə çağırıblar
Azərbaycan parlamentariləri Fransaya qarşı sanksiyalar tətbiq etməyə çağırıblar
Fransa Senatının Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsinə cavab olaraq Milli Məclisin Beynəlxalq münasibətlər komitəsi öz bəyanatında rəsmi Bakını Parisə qarşı cavab tədbirləri görməyə çağırıb.
Əsasən, Fransaya qarşı sanksiyaların tətbiq edilməsi, Fransa rəsmi şəxslərinin Azərbaycandakı bütün aktivlərinin dondurulması, Fransa ilə bütün iqtisadi əlaqələrin dayandırılması təklif olunur.
Həmçinin “Total” da daxil olmaqla, Fransa şirkətlərinin Azərbaycandan çıxarılması, Fransa şirkətlərinin Azərbaycanın sifarişilə həyata keçirilən istənilən layihədə iştirakına yol verilməməsi təklif olunur.
Azərbaycan Xarici İşlər Nazirliyinə tapşırılıb ki, Kanaka, Maohi-Nui və Korsikanın müstəqilliyinin tanınması üçün addımlar atsın.
*Yanvarın 17-də Fransa Senatı ötən ilin sentyabrında Bakının Qarabağda öz suveren ərazisində keçirdiyi antiterror əməliyyatına görə Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edən qətnaməni demək olar ki, yekdilliklə qəbul edib.
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz