Azərbaycanda Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Agentliyi yaradılıb
Azərbaycanda Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Agentliyi yaradılıb
Azərbaycanda Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Agentliyi yaradılır. Cümə günü dövlət başçısı İlham Əliyev müvafiq fərman imzalayıb.
Sənədə əsasən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Dövlət Agentliyinin tabeliyində olan suların istifadəsinə nəzarət üzrə Hidrogeoloji-Meliorativ Xidmətin bazasında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Agentliyi yaradılır.
Yeni strukturun tərkibində Regional Su Meliorasiya Xidməti yaradılır.
Bundan əlavə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti;
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Meliorasiya Elmi Tədqiqat İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu yaradılıb.
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin digər tədqiqat institutları da yeni agentliyin tərkibinə daxil edilir.
Rəy yaz
-
- Cəmiyyət
- 17 Noyabr 2023 16:45
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
1 rəy
Sabah
2023-11-18
А станет ли вода чище и доступнее для населения после этого????????????