BMT İşgəncələr Əleyhinə Komitə Azərbaycanda vəziyyəti müzakirə edəcək
Noyabrın 11-12-də Cenevrədə BMT-nin İşgəncələr Əleyhinə Komitəsində Azərbaycana dair müzakirələr keçiriləcək. Tədbir İnternetdə online yayımlanacaq.
BMT Bakı ofisindən Turan-a bildirilib ki, Azərbaycan İşgəncələr Əleyhinə Konvensiyanı ratifikasiya edən 158 ölkədən biridir. Bu səbəbdən Azərbaycan 10 müstəqil ekspert qarşısında müntəzəm hesabat verməlidir.
BMT Komitəsində Azərbaycan nümayəndə heyətilə görüş noyabrın 11-də saat 10:00-dan 13:00-dək (Bakı vaxtı ilə 13:00-dan 16:00-dək) və noyabrın 12-də 15:00-dan 18:00-dək, dekabrın 9-da 12:30-da olacaq.
Komitə sessiyanın yekunlarına dair mətbuat konfransı keçirməyi planlaşdırır. Azərbaycanla yanaşı Lixtenşteyn, Avstriya, Danimakra, Çin və İordaniya ilə yekun müzakirələr aparılacaq.
Qeyd edək ki, bundan öncə Human Rights Watch BMT-yə memorandum təqdim edərək Bakıdan repressiyalara son qoyulmasını, Leyla və Arif Yunuslar, İntiqam Əliyev, İlqar Məmmədov və digər siyasi məhbusların azadlığa buraxılmasını, QHT-lərin bank hesablarından həbslərin götürülməsini tələb etməyə çağırıb.-16D04-
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz