Dövlət Gömrük Komitəsinin rəhbəri korrupsiyaya qarşı mübarizə aparmağı və prosedurları sadələşdirməyi vəs edir
Bakı/19.12.18/Turan: Ötən il Gömrük Komitəsinin 100-dən çox işçisi korrupsiya ilə əlaqədar işdən çıxarılıb, bu barədə çərşənbə günü idarənin rəhbəri Səfər Mehdiyev jurnalistlərlə söhbətində bildirib.
O, 2018-ci ilin yazında bu vəzifəyə təyin edildikdən sonra bu cür faktlarla mübarizəni gücləndirdiyini qeyd edib. Korrupsiya ilə bağlı faktların bir hissəsi istintaq orqanlarına göndərilib, deyən Mehdiyev korrupsiyaya qarşı mübarizəni gücləndirməyi və sahibkarların gömrükçülərlə ünsiyyətini maksmimum məhdudlaşdıraraq, malların gömrükdən keçirilməsi prosedurunu sadələşdirməyi vəd edib.
O, gömrüyün nailiyyətləri arasında qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsini göstərib, bu tədbirlər çərçivəsində 500-dən çox cinayət işi açılıb.
Xatırladaq ki, Gömrük Komitəsinin rəhbərliyinin dəyişməsi ilə dövlət büdcəsinə pul daxilolmaları xeyli artıb, bu da komitənin əvvəlki rəhbərliyinin ünvanına ittihamların artmasına səbəb olub. -02D-
Siyasət
-
Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda iştirakı çərçivəsində İsrail Dövlətinin Prezidenti İsaak Hersoq ilə görüşüb.
-
Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşüb.
-
Yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Abzas Media nəşrinin işi üzrə proses davam edib. Məhkəmə nəşrin direktoru Ülvi Həsənlinin ifadəsini dinləyib. O, ona qarşı irəli sürülmüş ittihamları rədd edib.
-
Görünür, Kremlin ABŞ-da Donald Trampın hakimiyyətə gəlişinin Rusiya üçün sərfəli olacağı haqqında ümidləri özünü doğrultmayıb.
Rəy yaz