Elmar Məmmədyarov Aİ-nin nümayəndəsi ilə görüşüb
Bakı/15.05.18/Turan: Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 14-də Brüsseldə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federiko Mogerini ilə görüşündə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparıb.
Azərbaycan XİN mətbuat xidmətinin məlumatına görə, E.Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib və enerji, nəqliyyat, ticarət, humanitar və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərinə toxunub.
Tərəflər Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların konstruktiv şəkildə davam etdiyini qeyd edərək bu sazişin əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxmasına və hərtərəfli inkişafına təkan verəcəyinə əminliklərini ifadə edib.
Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi barədə məlumat verərək mayın 15-də Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcəyini deyib.
Mətbuat xidmətinin məlumatına görə, həmsədrlərlə görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, həmçinin son günlərdə Ermənistanda cərəyan edən hadisələr müzakirə olunacaq.-03D-
-
- Bazarların icmalı
- 15 May 2018 10:29
-
- İqtisadiyyat
- 15 May 2018 11:25
Siyasət
-
2024-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib.
-
Dünən Rusiya İctimai Palatasının üzvü, politoloq Vladimir Karasev sosial şəbəkədəki səhifəsində Azərbaycan prezidenti İlham Əliyevin ünvanına küçə söyüşlərindən istifadə edib. Bu, Əliyevin AZAL-ın vurulan təyyarəsinə görə təqsiri Rusiyanın üzərinə qoymasından sonra baş verib. Karasev hesab edir ki, Əliyev Rusiya hakimiyyəti ilə bu tonda danışa bilməz.
-
Yanvarın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan fəal Rail Abbasovun işi üzrə proses başa çatıb.
-
Cümə axşamı Bakı Apellyasiya Məhkəməsi Toplum TV-nin işi üzrə həbs edilmiş jurnalist Müşfiq Cabbarın həbs müddətinin uzadılmasından verdiyi şikayəti təmin etməyib.
Rəy yaz