Ermənistan Aİ və İsveçrə ilə viza rejimini ləğv edir
Yerevan/10.01.13/Turan-Armİnfo: Yanvarın 10-dan Ermənistan Avropa İttifaqı ilə viza rejimini birtərəfli qaydada ləğv edir. Aİ üzvü olan ölkələrin vətəndaşlarına Ermənistanda vizasız ildə 90 günədək qalmağa icazə verilib. Bu, Aİ üzvü olmayan, lakin Şengen zonasının hissəsi olan İsveçrəyə də aiddir.
Beləliklə, Ermənistan Ukrayna, Gürcüstan və Moldovadan sonra dördüncü ölkədir ki, avropalılar üçün viza rejimini birtərəfli qaydada ləğv edib.-02D-
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz