Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub
Bakı/27.06.21/Turan: İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.—06D-
-
- Siyasət
- 27 İyun 2021 12:49
Siyasət
-
COP29-da iştirak üçün Bakıya səfər edən Norveçin Beynəlxalq İnkişaf Naziri Anne Beathe Tvinnereim hazırda polis nəzarətində olan, ev məhbusluğu həyatı yaşayan siyasi məhbus, London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlu ilə görüşüb. Norveç höküməti adından görüşə gəldiyini bildirən xanım nazir Qubad İbadoğluya qarşı tətbiq olunan məhdudiyyətlər, onun sağlamlıq durumu və ona qarşı irəli sürülən ittihamları üzrə istintaqın gedişi ilə maraqlanıb.
-
COP29 çərçivəsində Maliyyə, İnvestisiyalar və Ticarət Günü zamanı İqlim Maliyyəsi, İnvestisiyalar və Ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT) təqdim olundu. Bu təşəbbüs, innovativ qlobal əməkdaşlıq vasitəsilə iqlim məqsədlərini dəstəkləmək üçün yeni addım sayılır.
-
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində noyabrın 16-da “Qarabağ” komandasının təşəbbüsü ilə dünyanın tanınmış futbol klublarının iqlim naminə alyansı təsis edilib. Alyans COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunub.
-
Noyabrın 16-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirildiyi məkanda ekofəallar iqlim dəyişkliyinə qarşı mübarizə üçün sənaye dövlətlərinin pul ödəməsini və meşə ərazilərində yaşayan insanların hüquqlarına hörmət edilməsini tələb edən aksiyalar keçirib.
Rəy yaz