Armen Grigoryan
Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Bakıya gəlməyə hazırdır
Bakı/23.12.21/Turan: Ermənistan-Türkiyə münasibətləri 3+3 formatı da daxil olmaqla, ikitərəfli və çoxtərəfli formatda müzakirə oluna bilər. Bu barədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.
“Ermənistan nümayəndələri növbəti görüşün keçiriləcəyi Ankaraya, sonra isə Bakıya gedəcəklərmi və həmin ölkələrin nümayəndələri də Ermənistana səfər edəcəklərmi”sualına Qriqoryan belə cavab verib:
"Əgər imkan olsa, biz getməyə hazırıq, biz regional məsələlər üzrə diskussiyaları təşkil etmək üçün bu ölkələrin nümayəndələrini də qəbul etməyə hazırıq". -02D-
-
- Siyasət
- 23 Dekabr 2021 11:11
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz