Ermənistanda Rusiyapərəst qüvvələr tərəfindən dövlət çevrilişinə cəhdin üstü açılıb
Ermənistanda Rusiyapərəst qüvvələr tərəfindən dövlət çevrilişinə cəhdin üstü açılıb
Ermənistan Milli Təhlükəsizlik Xidməti hakimiyyəti zorla ələ keçirmək cəhdinin üstünün açıldığını bildirib. 30 axtarış aparılıb, həbs olunanlar var. Yeddi nəfərə qarşı cinayət işi qaldırılıb, dörd nəfərin barəsində axtarış elan edilib.
Bildirilir ki, bir qrup sui-qəsdçi Ermənistan vətəndaşlarını ələ alaraq onları Rostov-Dona hərbi toplanışlara göndərib və "döyüş növbətçiliyi etmək üçün" silahla davranmağı öyrədiblər. Lakin təşkilatçılar sonradan bildiriblər ki, qrupun məqsədi Ermənistanda hakimiyyəti ələ keçirməkdir. Cəlb olunanların bir hissəsi bunda iştirakdan imtina edərək Ermənistana qayıdıb.
Həbs olunanların və sui-qəsd iştirakçılarının adları açıqlanmır, lakin onların arasında Qarabağın keçmiş sakinləri də var.
Hazırlıq bir neçə ay davam edib, eyni zamanda hakimiyyətin ələ keçirilməsi üçün cəlb olunanların sayı artıb. Onların arasında Qarabağ erməniləri də olub.
Bildirilir ki, təşkilatçıların Rusiyada əlaltıları olub ki, onlar qrup üzvlərinin etibarlı olub-olmadığını, onların siyasi baxışlarını və Ermənistan hakimiyyətilə mümkün əlaqələrini yoxlayıblar.
Qrup üzvləri hərbi hazırlığın keçirildiyi "Arbat" hərbi bazasında yerləşdiriliblər.
-
- Maliyyə
- 18 Sentyabr 2024 12:34
Siyasət
-
Ukrayna Prezidenti Volodimir Zelenski Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190 təyyarəsinin qəzaya uğramasından sonra Rusiyaya təzyiqin artırılmasına çağırıb. Zelenski bu fikri 22 yanvarda Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı səsləndirib.
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
Rəy yaz