Kurskda həlak olan azərbaycanlının qohumları onun müharibəyə məcbur göndərildiyini bildirirlər
Kurskda həlak olan azərbaycanlının qohumları onun müharibəyə məcbur göndərildiyini bildirirlər
Bir həftə əvvəl Rusiyanın Kursk vilayətində döyüşlər zamanı 28 yaşlı azərbaycanlı Hikmət Ağayev həlak olub. O, Astara rayonunun Motlayataq kəndindəndir.
Onun qohumları Turan-a bildiriblər ki, Ağayev 10 il əvvəl Rusiyaya gedib, Rusiyanın Tula vilayətinin Novomoskovsk şəhərində yaşayıb və işləyib, Rusiya vətəndaşlığı alıb.
Ağayev 1 il 3 ay əvvəl işlə əlaqədar dövlət orqanlarından birinə müraciət etdiyi zaman məcburi olaraq orduya göndərilib. O, piyada qoşunlarında xidmət edib, bir dəfə yaralanıb.
Mərhumun cənazəsi dəfn edilmək üçün vətəninə göndəriləcək.
Siyasət
-
Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian yanvarın 17-də Moskvada danışıqlar aparacaqlar və mətbuata açıqlama verəcəklər, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
-
Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə ictimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında Nicat İbrahim "qanunsuz" həbsinə və məhkəmənin gedişinə etiraz olaraq məhkəmə zalında saxlanıldığı şüşə qəfəsə başı ilə zərbələr endirərək intihara cəhd edib.
-
Beynəlxalq Narahat Alimlər Komitəsi həbs edilmiş tədqiqatçı İqbal Əbilovun azad edilməsinə köməklik göstərmək xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
-
Gürcüstanın XİN başçısı Maka Boçorişvili dünən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşüb.
Rəy yaz