Ermənistanın hərbi-siyasi rəhbərliyi Qarabağda
Bakı/27.08.18/Turan: Bazar günü Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağa gedib. Onu müdafiə naziri David Tonoyan və Baş Qərargah rəisi Artak Davtyan müşayiət ediblər.
Ermənistan KİV-in məlumatına görə, Qarabağ rejimi liderləri ilə görüş zamanı Ermənistan və Qarabağ qüvvələrinin hərbi əməkdaşlığı və müdafiə qabiliyyətinin artırılması məsələləri, cəbhə xəttində vəziyyət müzakirə edilib. 02D-
Siyasət
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
-
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
Rəy yaz