
Etiraz aksiyaları ilə bağlı daha bir müxalifətçi saxlanılıb
Müsavat partiyası başqanının şimal regionu üzrə müşaviri Mərdan Mehdi bu gün Siyəzən rayon polisinə çağrılıb və saxalnılıb. Polisə çağırış iki gün öncə rayon mərkəzində baş vermiş etiraz aksiyası ilə bağlıdır.
Müsavat partiyasl Mərkəzi Aparatının rəhbəri Gülağa Aslanlı müxalifətçinin polisə əmisinin müşayətilə getdiyini deyib. Sonra isə əmisinə istintaqa cəlb edildiyi deyilib.
Beləliklə, etiraz aksiyaları ilə bağlı həbs edilən müxalifətçilərin sayı 10 nəfərə çatıb. Ümumiyyətlə isə etiraz aksiyaları ilə bağlı saxlanılanların sayı 60 nəfərdən çoxdur.-05B-
Siyasət
-
2025-ci il fevralın 15-də və 18-də Day.az saytında Turan İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib. Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edir.
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
Rəy yaz