Fazil Qasımov həbsxana xəstəxanasında fiziki təzyiqə məruz qalır
Fazil Qasımov həbsxana xəstəxanasında fiziki təzyiqə məruz qalır
Həbsdə 127 gündür aclıq edən iqtisadçı Fazil Qasımov oktyabrın 16-da Penitensiar Xidmətin Müalicə Müəssisəsinin personalı tərəfindən fiziki təzyiqə məruz qalıb.
Bu, Qasımovun öz vəkili Telman Qasımovla görüşündən sonra baş verib. Yaxınlarının sözlərinə görə, müəssisə əməkdaşları Qasımovun əsasını əlindən alıblar və onu itələyiblər, nəticədə o, yıxılıb. O, bu barədə telefonla ailə üzvlərinə danışarkən 35-ci saniyədə telefon danışığı kəsilib. Ailə üzvləri onun vəziyyətinə görə narahatdırlar.
* Fazil Qasımov 8 avqust 2023-cü il tarixində İstanbulda həbs edilib və Azərbaycana gətirilib. O, məşhur iqtisadçı və Azərbaycan hökumətinin tənqidçisi Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaqda ittiham olunub. Lakin indi Fazil Qasımovun cinayət işinə İbadoğlunun işindən ayrı baxılır.
O, qanunsuz həbsinə etiraz əlaməti olaraq aclıq elan edib.
-
- Maliyyə
- 17 Oktyabr 2024 13:15
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz