Fərid Mehrəlizadə "saxlanılmayıb", sadəcə "polisə dəvət olunub" - DİN
Fərid Mehralızadənin taleyi məlum deyil (yenilənib)
Ötən gün polis tərəfindən saxlanılan iqtisadçı-ekspert Fərid Mehralızadə hələ sərbəst buraxılmayıb. Saxlanıldıqdan sonra onun mənzilində axtarış aparılıb.
Daxili İşlər Nazirliyi ekspertin taleyinə aydınlıq gətrməyib və onun saxlanılmasının səbəbini açıqlamayıb. Qanuna görə, 48 saat ərzində saxlanılan şəxsə qarşı ittiham irəli sürülməli, ya da o sərbəst buraxılmalıdır.
* * *
Fərid Mehrəlizadənin evində axtarış aparılıb
İqtisadçı ekspert Fərid Mehrəlizadə bu gün səhər işə gedərkən saxlanılıb, bu barədə onun yaxınları bildirib.
Bir müddət əvvəl onu axtarış üçün evə gətiriblər, sonra isə Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar.
Mehrəlizadənin nədə ittiham olunduğu məlum deyil.
* * *
Fərid Mehrəlizadə "saxlanılmayıb", sadəcə "polisə dəvət olunub" - DİN
İqtisadçı ekspert Fərid Mehrəlizadə polisə dəvət olunub, araşdırma aparılır.
Bu barədə Turan-ın sosial şəbəkələrdə Mehrəlizadənin saxlanılması ehtimalı haqqında yayılan məlumatları şərh etmək xahişinə cavabda DİN-in mətbuat xidmətindən bildiriblər.
Bununla da idarə ekspertin saxlanıldığı haqqında təxminləri təkzib edib.
Bu zaman DİN Mehrəlizadənin hansı iş üzrə polisə dəvət olunduğunu dəqiqləşdirməyib.
Siyasət
-
Ukrayna Prezidenti Volodimir Zelenski Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190 təyyarəsinin qəzaya uğramasından sonra Rusiyaya təzyiqin artırılmasına çağırıb. Zelenski bu fikri 22 yanvarda Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı səsləndirib.
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
Rəy yaz