Ismayıllıyada aksiya başa catıb (yenilənib)

İsmayıllıda  aksiya başa catıb. Amma etirazcıların tələbləri qüvvada qalır. Əhali icra başcısı istefa vermədiyi taqdirdə yeni aksiyalar kecirəcək. 

                                               

 

***

Hakimiyyər Ismayıllıya Daxili qoşunlar və Cevik polis alayının bölmələrindın ibarət xüsusi qüvvələr və texnika göndərir. 

 

                                                                                                                 ***

Yerli əhali icra başçısının villasını dağıdıb, oradakı  yardımçı tikililəri və avtomobilləri  yandırıb. Onlar Nizami Ələkbərovun istefasını tələb edir. Şəhərin küçələrində çoxlu etirazçı insan var. Polis fəal tədbirlərdən çəkinir və insanları dağılışmağa dilə tutmağa çalışır.

 

                                                                                                                 ***

Qəzəblənmiş kütlə "Çıraq" motelini yandırıb və dağıdıb, yanğınsöndürənləri obyektə buraxmırlar.

Bu yerə yaxın ərazilərdə postlar qurulub və heç kəsi buraxmırlar. Yerli sakinlərin məlumatına görə, atəş səsləri eşidilir.  

 

                                                                                                                 ***

Yanvarın 23-də axşam vaxtı İsmayıllıda iğtişaşlar başlayıb. Sosial şəbəkələrdə yayılan bu informasiyanı yerli mənbələr də təsdiq edir.

 

İğtişaşlara səbəb yol-nəqliyyat hadisəsi olub. Rayon başçısı Nizami Ələkbərovun qardaşı oğlu, əmək naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun idarə etdiyi Hummer markalı maşın başqa bir maşınla toqquşub. V.Ələkbərov maşından çıxaraq digər maşında olanları təhqir edib.

Bu barədə informasiya rayona yayılıb və qəzəblənən yerli sakinlər yığışıaraq Ələkbərovlar ailəsinin kommersiya obyektlərini dağıtmağa başlayıb.

Bir sıra məlumatlara görə, polis onların qarşısını ala bilmir və situasiya yerli hakimiyyətin nəzarətindən çıxıb.

Başqa bir xəbərə görə, rayon başçısı qisasdan qorxaraq rayondan qaçıb.   

Rəsmi orqanlar hələlik bu məlumatı şərh etmirlər. 

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti