İsrailin COP29 üzrə milli koordinatoru Bakıya gəlib
İsrailin COP29 üzrə milli koordinatoru Karmila Şamir Bakıya gəlib. Bu barədə aprelin 10-da İsrailin Azərbaycandakı səfiri Corc Dik X platformasındakı hesabında bildirib.
“İsrailin COP29 üzrə milli koordinatorunun Bakıya səfərini başa çatdırmasından şadam! Enerjili görüşlər, uğurlu və yaddaqalan tədbir üçün zəmin hazırlığı. Biz İsrailin COP29-da yaxından iştirakını gözləyirik!", - səfir yazıb.
Təqdim olunan fotoya əsasən Karmela Şamiri Azərbaycan Xarici İşlər Nazirliyində qəbul ediblər.
Rəy yaz