KİV: Kreml Ermənistanın Türkiyə ilə sərhədində yeddi min əsgərini yerləşdirəcək
Bakı/16.12.15/Turan- Armİnfo: Beynəlxalq KİV Livanın Al Mayadeen telekanalına istinadla Rusiyanın Suriyada Rusiya qoşunları kontingentinə dəstək üçün Ermənistanda hərbi baza yaratması barədə məlumat yayıb.
Telekanalın yaydığı məlumata görə, Türkiyə sərhədi yaxınlığındakı yeni bazada 7000 Rusiya hərbçisi yerləşdiriləcək. Baza Moskva və Yerevanın hərbi əməkdaşlığı çərçivəsində tikilir. Kontingent Rusiyanın Suriyadakı kontingentinə dəstək məqsədilə Türkiyə sərhədi yaxınlığında yerləşəcək.
Rusiya prezidenti Vladimir Putin RF SQ-nin yeni bazasının Ermənistanda yerldirilməsi haqqında fərmanı bu yaxınlarda Moskva və Yerevan arasında hərbi əməkdaşlıq haqqında saziş çərçivəsində imzalayıb, deyə Ermənistan KİV-ləri məlumat yayıb.
Türkiyə mənbələri bildirir ki, Rusiya hərbiçiləri Suriyanın Latakiya şəhərindəki rus hərbi bazasına dəstək üçün məhz Türkiyə sərhədində yerləşdiriləcək. Həmin şəhərdə Rusiya təyyarələri və C-400 RƏM sistemi var.
Ekspertlərin fikrincə, Moskvanın məqsədi, çox güman ki, Suriyadakı kontingenti dəstəkləməkdən daha çox Ankaraya təzyiqi gücləndirməkdir. -02D-
-
- İqtisadiyyat
- 16 Dekabr 2015 15:01
-
- Söz istəyirəm
- 16 Dekabr 2015 15:24
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz