Lee Lizenberger
Litzenberger: “ABŞ Azərbaycanda sabitlikdə maraqlıdır, onun pozulmasında yox”
Bakı/09.06.22/Turan: ABŞ-ın Azərbaycanda sabitliyi pozmağa çalışması barədə fikir, yumşaq desək, əsassızdır. Belə informasiya Azərbaycanın Qərb dövlətləri, ilk növbədə ABŞ ilə yaxınlaşmasını və əməkdaşlıq etməsini istəməyən yerdən gələ bilər. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqe Turan-ın “Niyə Bakıda hesab edirlər ki, Qərb sabitliyi pozmaq, rəngli inqilab təşkil etmək istəyir və bu məqsədlə müxalifəti və Azərbaycan hökumətinin tənqidçilərini maliyyələşdirir” sualının cavabında bildirib.
“Bu cür iddialar həqiqətəuyğun olmadığı üçün baş tutmadı. Azərbaycanın enerji ehtiyatlarının inkişafı üçün iqtisadi və siyasi investisiyaların həcminə nəzər salsaq, görərik ki, biz sülh və sabitlikdə maraqlıyıq. 90-cı illərin əvvəlindən biz Azərbaycana 1,5 milyard dollardan çox investisiya qoymuşuq. Qərb üçün belə mühüm enerji resursları təchizatçısı olan ölkədə niyə sabitliyi pozaq? Bunun heç bir mənası yoxdur”, - səfir vurğulayıb.
“Ola bilsin ki, bu fikir ABŞ-ın fundamental azadlıqlara hörmət etmək çağırışından yaranıb. Rəsmi şəxslərlə çoxsaylı görüşlərdə qeyd etmişik ki, söz və sərbəst toplaşma azadlığı kimi fundamental hüquqların qorunması vəziyyəti sabitləşdirməyə kömək edir, onu pozmağa yox. Regionda sabitliyə təhlükə ABŞ yox, məhz Rusiyanın Ukraynaya qarşı təcavüzüdür”, - Litzenberger deyib. 02B
-
- İqtisadiyyat
- 9 İyun 2022 12:58
-
- Maliyyə
- 9 İyun 2022 13:16
Siyasət
-
Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian yanvarın 17-də Moskvada danışıqlar aparacaqlar və mətbuata açıqlama verəcəklər, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
-
Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə ictimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında Nicat İbrahim "qanunsuz" həbsinə və məhkəmənin gedişinə etiraz olaraq məhkəmə zalında saxlanıldığı şüşə qəfəsə başı ilə zərbələr endirərək intihara cəhd edib.
-
Beynəlxalq Narahat Alimlər Komitəsi həbs edilmiş tədqiqatçı İqbal Əbilovun azad edilməsinə köməklik göstərmək xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
-
Gürcüstanın XİN başçısı Maka Boçorişvili dünən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşüb.
Rəy yaz