Milli Qurtuluş Günü
15 iyun Azərbaycanda rəsmi olaraq, Milli Qurtuluş Günü qeyd olunur.
Rusiyanın təcavüzkar dairələrinə arxalanan Azərbaycandakı qüvvələr 1993-cü ilin iyununda dövlət çevrilişinə cəhd etdilər. Qiyamçıların əsas məqsədi Xalq Cəbhəsinin qərbyönümlü demokratik hakimiyyətini devirmək və Azərbaycanı Moskvanın təsir dairəsinə qaytarmaq idi. Bu qüvvələr hakimiyyətə gəldikləri halda Azərbaycanın MDB-yə, Kollektiv Təhlükəsizlik Sazişi Təşkilatına (KTSŞ) daxil olmasını təmin etmək, sərhədlərin birgə qorunması sazişinə qoşulmaq, Gəncədə Rusiyanın hərbi bazasının yaradılması sazişini imzalamaq, Qarabağ münaqişəsinin yalnız Rusiyanın vasitəçiliyi ilə tənzimlənməsinə razılaşmaq öhdəliyi götürmüşdülər.
Mərkəzi hakimiyyətə təzyiq etmək məqsədilə qiyamçıların mövqeləri erməni hərbi qüvvələrinə təslim etmələri, sonuncuların isə Rusiya hərbi dairələrinin təhrikilə iki aylıq sakitlikdən sonra Qarabağ cəbhəsində bütün istiqamətlər üzrə fəal hərbi əməliyyatlara başlamaları vəziyyəti daha da çətinləşdirirdi. Artıq iyun ayında Ağdam rayonu işğal edildi. Belə halda vətəndaş müharibəsindən qaçmaq və dövləti dağılmaqdan xilas etmək üçün ölkə prezidenti Əbülfəz Elçibəy və Naxçıvan Ali Məclsinin sədri Heydər Əliyev qiyamçı qüvvələrin və onların himayədarlarının planlarını pozmaq üçün birgə fəaliyyətlərini razılaşdırırlar.
15 iyun 1993-cü ildə Heydər Əliyev parlamentin spikeri seçilir (həmin ilin oktyabrında isə ölkə prezidenti olub). İyunun 17-dən 18-nə keçən gecə Əbülfəz Elçibəy Naxçıvanda doğma Kələki kəndinə qayıdır, Heydər Əliyev isə Azərbaycan prezidenti səlahiyyətlərini icra edən şəxs olur. Sonrakı dövrdə MDB-yə daxil olmaq və "Azəri-Çıraq-Günəşli" neft sazişi üzrə Rusiyanın Lukoyl şirkətinə 10% pay verməklə, hakimiyyət situasiyasın sabitləşdirməyə müvəffəq oldu.
"Əsrin neft müqaviləsi", NATO ilə "Sülh naminə Tərfdaşlıq" sazişi imzalandı, Azərbaycan Avropa Şurasının və GUAM-ın üzvü oldu. Lakin demokratiya, söz azadlığı, insan haqları, azad iqtisadiyyat sahəsində ciddi problemlər olaraq qalır.
Siyasət
-
Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda iştirakı çərçivəsində İsrail Dövlətinin Prezidenti İsaak Hersoq ilə görüşüb.
-
Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşüb.
-
Yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Abzas Media nəşrinin işi üzrə proses davam edib. Məhkəmə nəşrin direktoru Ülvi Həsənlinin ifadəsini dinləyib. O, ona qarşı irəli sürülmüş ittihamları rədd edib.
-
Görünür, Kremlin ABŞ-da Donald Trampın hakimiyyətə gəlişinin Rusiya üçün sərfəli olacağı haqqında ümidləri özünü doğrultmayıb.
Rəy yaz