
Praqada "Forum 2000"də Azərbaycanda siyasi məhbuslar məsələsi qaldırılıb
Praqada keçirilən ikigünlük "Forum 2000" konfransında oktyabrın 13-də üzərində Azərbaycandakı siyasi məhbusların fotoşəkilləri olan stendlər yerləşdilib. Xüsusən, stendlərdə talış tədqiqatçı İqbal Əbilovun, iqtisadçı Fazil Qasımovun, Abzas Media və Toplum TV-nin işləri üzrə həbs olunmuş jurnalistlərin və fəalların rəsmləri əksini tapıb.
"Forum 2000" demokratik dəyərlərin, insan hüquqlarının, vətəndaş cəmiyyətinin və dini tolerantlığın təşviqi məqsədilə hər il keçirilən ənənəvi konfransdır.
Hazırkı konfransda insan hüquqları və siyasi azadlıqdan uğrunda mübarizəyə xüsusi diqqət yetirilib. Bu kontekstdə Azərbaycanda siyasi məhbuslar probleminə diqqət cəlb edilib. Siyasi məhbusların fotoşəkillərini əks etdirən stendlərin məqsədi Azərbaycanda hüquq və azadlıqların pozulması probleminə əyani şəkildə diqqət cəlb etməkdir.
Rəy yaz