Açiq mənbələrdən foto.
Prezident İlham əliyev Şuşaya yolun çəkilməsinə 50 milyon manat ayırıb
Bakı/18.11.20/Turan: Azərbaycan prezidenti İlham Əliyev “Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.
Sənədə əsasən, ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin Ehtiyat Fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat (30 milyon dollara yaxın) ayrılıb.
Noyabrın 16-da dövlət başçısı yolun tikintisinə başlanması mərasimində iştirak edib. Görünən odur ki, yol Xocavənd rayonunun azad edilmiş hissəsilə çəkiləcək.
Münaqişəyə qədər Şuşa ilə avtomobil nəqliyyatı əlaqəsi Ağdam-Xankəndi-Şuşa yolu və Laçından daha uzun yolla təmin edilirdi.—06D-
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz