GlobalLookPress

GlobalLookPress

Mühüm bir siyasətçiylə danışandan sonra Türk diplomatiya və siyasət məktəbinin soyuqqanlı və praqmatik təmsilçilərindən biri olan keçmiş xarici işlər naziri Yaşar Yakışdan müsahibə aldım: “Rusiya öz mənafeyi naminə Türkiyəni nüfuz sahəsinə yaxınlaşdırmayacağı kimi, Minsk qrupunun o biri həmsədrlərini də yenidən bölgədə görmək istəməyəcək”- demişdi hörmətli Yakış.

Dalınca Azərbaycana hərbçilər göndərilməsi məqsədiylə dövlət başçısı Erdoğanın Türkiyə Böyük Millət Məclisinə qərar layihəsi  yolladığına  dair xəbər gəldi.

Türkiyənin dövlət ənənəsində vaz keçilməyən cəhətlərdən biri-əcnəbi ölkəyə hərbi kontingent göndərilərkən Məclisin razılığının alınmasıdır.Prezident üsuli-idarəsinə keçiləndən sonra da riayət edilən bu qaydaya  2019-ci iliin yanvarında yenidən Suriyaya və 2019-cu ilin dekabrında Liviyaya hərbi kontingent göndərilərkən də əməl edilmişdi; yəni idarəçilik sistemi dəyişdirilib Məclisə verilən önəm azalsa da sayından asılı olmayaraq, xaricə hərbçilər göndəriləndə millət vəkillərinin razılığı alınır.

Azərbaycan üçün də o qaydadan kənara çıxılmadı.Mövqelər getdikcə daha da aydınlaşır: Türkiyə ilə siyasi-diplomatik münasibətlərdə uzun müddətdən bəri Dmitri Peskov və Mariya Zaxarovanın xidmətindən istifadə edən Rusiya bu dəfə də Peskov vasitəsiylə cənab Erdoğanın Məclisə göndərdiyi məktubu şərh etməkdə gecikmədi: “Müşahidə məntəqəsi üçün hərbçilər göndərilir və prosedaraya əməl edilir”- yəni,ümumi mövqedə zərrə qədər dəyişiklik yoxdur.

Əslində  cənab Yaşara Yakış,Kremlinin mətbuat katibindən 2 saat əvvəl demişdi ki,Rusiya Qafqazdakı mövqeyini qorumaq üçün Türkiyənin Azərbaycanda məhdud çərçivədə olmasına razılıq verəcək, Minsk qrupunun yenidən oraya qayıtmasına heç icazə vermək istəməyəcək və beləliklə, Minsk qrupunun həmsədrləri  bölgəyə həsrət qalacaqlar.

Deyəsən, bunu ABŞ da sezdi və dövlət katibi Mike Pompeonun Türkiyədə nə prezident nə də xarici işlər naziri tərəfindən qəbul edilməsi Vaşinqtonun möhkəm xətrinə dəyməsi bir tərəfə, bölgədəki “Rusiya-Türkiyə əməkdaşlığı”ndan  Vaşinqton kimi Parisin də narahat olduğu ortaya çıxdı.

İndi bununla bağlı Rusiyadan “izahat”  tələb edilir.Bunu necə şərh etməli,  Vaşinqtonu və Parisi narahat edən məsələ,Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və Türk hərbi kontingentinin Məclis qərarıyla Azərbaycana göndərilməsidirsə, bu proseslərdə “Ankara ilə Moskvanın əməkdaşlıq etməsinə” okeanın o tərəfində  inanırlarmı?

Belə bir əməkdaşlıq var idisə, niyə Türk hərbi kontingenti  öz vəzifəsini, 10 noyabrdan bəri Rusiya səlahiyyətli nümayəndələrinin ən yuxarıdan ən aşağıya qədər jarqonunda sabitlənən sözlə desək, ”Dağlıq Qarabağ”da yerinə yetirməyəcək?

Rusiya,Türk hərbi kontingentinin özünün sıx nəzarətində olan bölgədə olmasını istəməyib, səlahiyyətli nümayəndələrin gündəlik jarqonuna pərçimlənən və “Dağlıq Qarabağ”ı Azərbaycandan ayrı tutmağı hədəfləyən “Azərbaycan torpaqları”nda  “Müşahidə məntəqəsi” yaradıb orada əməkdaşlıq edəcəksə,”Minsk qrupu”nun həmsədri olan ölkələr buna görə Rusiyadan niyə izahat tələb edirlər?

Yoxsa Vaşinqtonun və Parisin bu narahatlıqları “Minsk qrupu” adlı  “ipin üstünə un sərən”  bir vasitəçilik missiyasının tabutuna Moskvanın  mismar vuracağından ehtiyat etdikləri üçündürmü?

O  mərkəzlər Ankara ilə Moskvanın həqiqətən Azərbaycan torpaqlarında uzun müddətli dərin əməkdaşlığa girmə ehtimalının olduğunu düşünürlərmi?

Təbii ki,hər əməkdaşlıqda ölkələr öz mənafeyini düşünür və həm gücü həm də bölgədəki nüfuz və imkanlarına görə üstün ölkənin şərtləri daha ağır gəlir.

Türkiyə ilə Rusiyanın Suriya meydançasında “Astana prosesi” çərçivəsindəki əməkdaşlığında bunun konkret örnəklərini görmüşdük.

İndi Qafqazdakı əməkdaşlığın pərdə arxası varsa və həm Vaşinqton  həm də Paris  bundan xəbərdardırsa, çox mühüm diplomatiya savaşlarının ərəfəsində(bəlkə də içində) olduğumuzu təxmin etməklə haqsız olmarıq.Buna görə indiki şərtlərdə hansı statusda olursa-olsun,Türk hərbi kontingentinin Azərbaycanda olması həyati dərəcədə əhəmiyyətlidir.

Mayis Əlizadə

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti