Teymur Kərimov
Prokuror "Kanal-11"in rəhbərinin 9 il azadlıqdan məhrum edilməsini istəyir
Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal-11" YouTube resursunun rəhbəri Teymur Kərimovun işi üzrə proses davam edib. O, hədə yoluyla tələb etməkdə ittiham olunur.
Bugünkü iclasda prokuror çıxış edib. O, Kərimovun 9 il azadlıqdan məhrum edilməsini istəyib. Növbəti iclas dekabrın 28-nə təyin edilib.
* Teymur Kərimov 2023-cü ilin dekabrında Azərbaycan Cinayət Məcəlləsinin 182.2.2 (hədə yoluyla təkrar tələb etmə), 182.2.4-cü (külli miqdarda əmlaka sahib olmaq məqsədilə hədə yoluyla tələb etmək) və 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə yoluyla tələb etmək) maddələri üzrə ittihamlarla həbs edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz