
Sabahkı səfərdə təxribata görə məsuliyyəti iqtidar daşıyacaq
Müsavat partiyası partiya başqanı İsa Qəmbərin yanvarın 27-dıə Lənkərana gözlənilən səfərilə bağlı açıqlama yayıb.
Açıqlamada adı çəkilən səfər zamanı Müsavat liderinə qarşı yeni təxribat hərəkətlərinin törədilməsi ehtimalına toxunulur.
Müsavat partiyası ehtimal edilən təxribatı İ.Qəmbərin vətəndaş olaraq sərbəst hərəkət etmək hüquqnun pozulması və ona təqib kimi dəyərləndirir.
Partiya rəsmi Bakıya inadkarlığından əl çəkmək, İ.Qəmbərin, Müsavat rəhbərliyinin, ziyalıların, partiya fəallarının, jurnalistlərin səfərinə mane olmamaq təklifi verir. Həm də səfər zamanı baş verə biləcək istənilən xoşagəlməz hallara görə məsuliyyəti rəsmi Bakının daşıyacağı bəyanatı səsləndirir.-05D-
-
- Siyasət
- 26 Yanvar 2013 16:06
-
- İqtisadiyyat
- 26 Yanvar 2013 16:31
Siyasət
-
2025-ci il fevralın 15-də və 18-də Day.az saytında Turan İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib. Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edir.
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
Rəy yaz