
Sahibə Qafarova yenidən Milli Məclisin spikerliyinə namizəd göstərilib
7-ci çağırış Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın namizədliyi irəli sürülüb. Bu qərar bu gün parlamentdə əksəriyyət təşkil edən Yeni Azərbaycan Partiyasından olan deputatların iclasında qəbul edilib.
Qafarova 6-cı çağırış parlamentin də spikeri olub.
Parlament azlıqlarını təşkil edən partiyalar vitse-spikerlərdən biri vəzifəsinə "Vətəndaş Həmrəyliyi" Partiyasından deputat Rafael Hüseynovun namizədliyini irəli sürüb.
Bu partiyanın 7-ci çağırış parlamentdə 3 deputatı var. Hüseynov bütün çağırış parlamentlərin deputatı olub.
"Müstəqil" deputatlar vitse-spiker vəzifəsinə tarix elmləri doktoru Musa Qasımlının namizədliyini irəli sürüb.
Parlament rəhbərliyinin bu gün MM-in ilk iclasında seçiləcəyi gözlənilir.
Rəy yaz