Bayden Rusiya ərazilərinə zərbə endirilməsi haqqında qərar qəbul edilmədiyini bildirib
Bayden Rusiya ərazilərinə zərbə endirilməsi haqqında qərar qəbul edilmədiyini bildirib
Bazar günü ABŞ prezidenti Co Bayden bildirib ki, o, Ukraynanın Rusiya ərazilərinə zərbə endirmək üçün uzaqmənzilli Amerika silahlarından istifadə etməsinə hələ icazə verməyib.
Bayden Ağ Evin qarşısında Turan-ın Vaşinqtondakı müxbirinin bu məsələ ilə bağlı qərar qəbul edib-etmədiyi haqqında sualına "Xeyr" cavabı verib.
Bayden Avstraliya, Hindistan və Yaponiya liderlərini qəbul etdiyi Delaveradan qayıdıb.
Dörd lider Ukrayna ilə bağlı birgə bəyanat yayaraq, "suverenliyə və ərazi bütövlüyünə hörmət də daxil olmaqla, beynəlxalq hüquqa və BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq hərtərəfli, ədalətli və möhkəm sülh zərurətini təsdiq etdiklərini" vurğulayıblar.
Bu addım bazar günü, Ukrayna prezidenti Vladimir Zelenskinin Baydenə, həmçinin prezidentliyə namizədlər Kamala Harris və Donald Trampa Kiyevin "qələbə planını" təqdim etmək üçün Birləşmiş Ştatlara gəlməsindən sonra qəbul edilib.
Ukrayna liderinin Baydeni Rusiyaya uzaqmənzilli silahlardan istifadə haqqında qərarını dəyişdirməyə razılaşdırmağa çalışacağı gözlənilir.
Bazar günü Zelenski Rusiyanın quru qoşunlarına qarşı mübarizə üçün ən zəruri döyüş sursatları növlərindən birini istehsal edən Pensilvaniyadakı döyüş sursatları istehsalı zavoduna baş çəkib.
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz