Şeyx Paşazadə Türkiyədə hərbi çevrilişdən ziyan çəkənlərə kömək üçün 100 min dollar verib
Ankarada səfərdə olan şeyx Allahşükür Paşazadə Türkiyə hakimiyyətinə 15 iyul hərbi çevriliş cəhdi günlərində ziyan çəkənlərə kömək üçün 100 min dollar verib. Bu məbləğdə çek bu gün Türkiyə parlamentinin sədri İsmail Kahramana təqdim edilib.
Rəsmi məlumatda vəsaitin mənbəyi haqqında heç nə deyilmir. Şeyx özü də mətbuat üçün bəyanat verməyib.
Qeyd edək ki, şeyx aprel döyüşləri günlərində həlak olan və yaralanan Azərbaycan əsgərləri üçün belə bir addım atmayıb. -02D-
-
- İqtisadiyyat
- 10 Avqust 2016 17:26
-
- Dünyada
- 10 Avqust 2016 18:22
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz