Tacikistanın Azərbaycandakı səfiri vəfat edib
Tacikistanın Azərbaycandakı səfiri Zokir Vazirov vəfat edib. Onun səhhəti bir neçə gün öncə ağırlaşmışdı və insult diaqnozu ilə Bakıda Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilmişdi.
Mərkəzi Kliniki Xəstəxanadan səfirin dünyasını dəyişməsi ilə bağlı xəbəri Turan-a təsdiq ediblər, lakin əlavə hər-hansı məlumat verilməyib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə məlumat almaq mümkün olmayıb.
Zokir Vazirov 1948-ci ildə anadan olub. 2008-ci ildən Azərbaycanda səfir idi. -03B-
Siyasət
-
Fevralın 6-da ABŞ Konqresinin 20-yə yaxın üzvü Xarici Əlaqələr Komitəsinə qətnamə təqdim edib və Azərbaycan hakimiyyətindən Qubad İbadoğlunun azadlığa buraxılmasını tələb edir.
-
Turan İnformasiya Agentliyinin Təkzibi
-
7 fevral 2025-ci il tarixdə Azərbaycan – Ermənistan dövlət sərhədində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistan Respublikası Əsir düşmüş, saxlanılmış və itkin şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş baş tutmuşdur.
-
Jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti verilib. Bu barədə cümə günü Turan agentliyinə onun vəkili Bəxtiyar Hacıyev bildirib.
Rəy yaz