Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/13.02.23/Turan: Fevralın 6-da Türkiyədə baş verən zəlzələdən sonra bu ölkədən 464 Azərbaycan vətəndaşı təxliyə olunub. Bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Ayxan Hacızadə bildirib.

Təxliyə prosesi davam edir. 

Təxliyə olunan vətəndaşlardan 22 nəfər (10 uşaq və 12 böyük) xəstəxanaya yerləşdirilib, deyə öz növbəsində Səhiyyə Nazirliyinin nümayəndəsi Aynur Zeynalova bildirib.

Ən kiçik uşaq 8 günlük, ən böyük uşaq 14 yaşındadır. Uşaqların vəziyyəti qənaətbəxşdir.

Öz növbəsində, Azərbaycan FHN-in qüvvələri 51 nəfəri sağ, habelə həlak olan 613 nəfərin cəsədini dağıntıların altından çıxarıb.

Qeyd edək ki, Azərbaycan XİN-in rəsmi olaraq təsdiq edilmiş məlumatlarına görə, zəlzələ nəticəsində beş Azərbaycan vətəndaşı həlak olub. 16D

Rəy yaz

Siyasət

Audio xəbər

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti