president.az
Azərbaycan və İtaliya iqtisadi əlaqələri möhkəmləndirir
Bakı/13.02.23/Turan: Prezident İlham Əliyev bazar ertəsi İtaliyanın şirkətlər və "Made in Italy" naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Söhbət zamanı Əliyev ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, son bir ayda İtaliyanın üç nazirinin Azərbaycana səfəri bunu göstərir.
"Bu səfərlər zamanı biz həm hərbi, hərbi-texniki, energetika və bütövlükdə investisiya, ticarət sahələrində əməkdaşlığı müzakirə etmişik və edəcəyik", deyə Əliyev qeyd edib.
Dövlət başçısı neft-qaz sahəsindəki layihələrin xüsusi əhəmiyyətini qeyd edib, bunun ikitərəfli münasibətləri əhəmiyyətli dərəcədə möhkəmləndirdiyini bildirib. Bundan başqa, İtaliya şirkətləri azad olunmuş ərazilərdə - Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən layihələrdə fəal şəkildə iştirak edir.
Xüsusən, o, İtaliyanın "Iveco" şirkətinin artıq azad olunmuş ərazilərdə öz müəssisələrini yaratmağa start verdiyini, burada yük maşınları istehsal edəcəyini bildirib.
Dövlət başçısının saytında yer alan məlumatda deyilir ki, görüşdə bərpa olunan enerji, kənd təsərrüfatı, maşınqayırma, əczaçılıq, elm və təhsil, mədəniyyət sahəsində əməkdaşlığın perspektivlərinə toxunulub. 02D
-
- Siyasət
- 13 Fevral 2023 14:52
Siyasət
-
Həbsdə olan iqtisadçı alim Fazil Qasımov noyabrın 16-da ailəsi ilə telefon danışığının kəsilməsinə etiraz etdiyinə görə təzyiqə məruz qalıb.
-
Yerevanda rəsmi səfərdə olan Polşa prezidenti Andjey Duda Qafqazda sülh və sabitliyin zəruri olduğunu deyib.
-
NATO Baş katibinin əməliyyatlar üzrə köməkçisinin müavini Burcu Sanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfərə gəlib, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
-
Polkovnik-leytenant Qəhrəman Məmmədov qaçaqmalçılıq ittihamı ilə həbs olunub. KİV-in məlumatına görə, o, Türkiyədə üzərində 70 kq qızıl ilə saxlanılıb.
Rəy yaz