Açiq mənbələrdən foto.
Türkiyənin Müdafiə Nazirliyi Yerevanı odla oynamamağa çağırıb
Bakı/22.09.20/Turan: Türkiyənin Müdafiə Nazirliyi Ermənistanı Tovuz rayonunda atəşkəs rejimini pozmaqda və Azərbaycan hərbiçisi Elşən Məmmədovu öldürməkdə ittiham edib.
“Dağlıq Qarabağı qanunsuz olaraq işğal edən Ermənistan indi də Tovuz rayonunda atəşkəs rejimini pozaraq bir qəhrəman Azərbaycan əsgərimizi şəhid etdi. Ermənistan odla oynamağa dərhal son qoymalıdır”, deyə Türkiyənin “Anadolu” agentliyi müdafiə nazirindən sitat gətirir. -02D-
Siyasət
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
-
Yanvarın 23-də Azərbaycan Talışları İctimai Şurasının üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. O, Turan-a bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Nizami rayon şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinin bildirişini ona gətiriblər.
Rəy yaz