Bakı/17.09.19/Turan: Sentyabrın 17-də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan XİN nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, İran Xarici İşlər Nazirliyinin Baş idarə rəisi, İran İslam Respublikasının Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Rza Nəzər Ahari iştirak edib.
Görüş zamanı tərəflər Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Katibliyinin təsis olunması ilə əlaqədar məsələni müzakirə ebib, Konvensiya tərəflərinin qarşılıqlı anlaşma əsasında bu istiqamətdə tezliklə razılığa gəlməsinin vacibliyini qeyd ediblər.
Görüşdə Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun növbəti iclasının tarixi, eləcə də onun gündəliyinə daxil olan məsələlər və digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.-0-
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz