Xəzəryanı ölkələrin HDQ komandanları qarşılıqlı fəaliyyət haqqında saziş imzalayıblar
Moskva/11.10.19/Turan: Cümə günü Sankt-Peterburqda Xəzəryanı ölkələrin dənizdə qarşılıqlı hərbi fəaliyyəti haqqında saziş imzalanıb. Sənədi beş ölkənin Hərbi Dəniz Qüvvələrinin nümayəndələri imzalayıblar.
Beş ölkənin HDQ komandanlarının 4-cü iclası çərçivəsində ikitərəfli görüşlər də keçirilib. Təhlükəsizlik, sularda xilasetmə sahəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edilib, xəbəri Rusiya KİV-ləri yayıb. -02D-
Siyasət
-
Şənbə günü, sentyabrın 7-də Haaqada Azərbaycanın Niderlanddakı səfirliyi qarşısında Bakıda həbs edilmi. talış tədqiqatçısı İqbal Əbilova dəstək piketi keçirilib.
-
Bakının Xətai Rayon Məhkəməsi Abzas Media-nın işi üzrə həbs olunmuş araşdırmaçı jurnalist Hafiz Babalının həbs müddətini üç ay uzadıb.
-
Cümə günü Amerika kəşfiyyatının əməkdaşları bildiriblər ki, Rusiya ABŞ-da 5 noyabr prezident seçkilərinə təsir göstərə biləcək əsas və ən fəal təhdiddir, lakin İran və Çin də səylərini artırır.
-
Azərbaycan iqtisadiyyatı şaxələndirməyə və neftdən asılılığa son qoymağa çalışır, həmçinin, İsrailin yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərinə səxavətli vergi güzəştləri müqabilində ölkəyə köçməyi təklif edir. Bu barədə İsrailin Globes nəşri Azərbaycana köçmək mümkünlüyünü nəzərdən keçirən şirkətlərdəki mənbələrinə istinadla məlumat yayıb.
Rəy yaz