
Açiq mənbələrdən foto.
Yeni ildə Azərbaycan Avropa İttifaql ilə strateji tərəfdaşlıq haqqında saziş bağlamaq istəyir
Bakı/27.12.21/Turan: 2022-ci ildə Azərbaycan Avropa İttifaqı ilə danışıqları başa çatdırmağı və strateji tərəfdaşlıq haqqında sazişi imzalamağı planlaşdırır. Bu barədə bazar ertəsi ölkənin xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sazişin 10 faizi razılaşdırılmamış qalır və bu, "ticarət-iqtisadi məsələlərə" aiddir.
O, siyasi aspektdə fikir ayrılıqlarına toxunmayıb.
Qeyd edək ki, Bakı və Brüssel arasında bu məsələ ilə bağlı danışıqlar beş ildir ki, aparılır. -02D-
Rəy yaz