Açiq mənbələrdən foto.
Yerevan Bakının sonuncu təkliflərinə cavab hazırlayır
Bakı/13.02.23/Turan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni və Azərbaycan tərəfindən bu yaxınlarda aldığı təkliflər üzərində işləyir. Bu barədə Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan bildirib.
O xatırladıb ki, Ermənistan və Azərbaycan tərəfləri sülh müqaviləsinin mətni ilə bağlı təkliflərini vaxtaşırı bir-birinə təqdim edir. Bu yaxınlarda Azərbaycan öz təkliflərini Ermənistana göndərib. "Ermənistan bu təkliflər üzərində işləyir. Təkliflərimiz hazır olduqda Azərbaycana göndəriləcək", deyə Ermənistan KİV-ləri Xandanyandan sitat gətirir.
RF XİN-in Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi İqor Xovaevin səfərinin yekunlarına toxunan komissiya sədri deyib ki, Ermənistan hökumətinin nümayəndələri Xovaevlə Laçın dəhlizi, təhlükəsizliyin təmin edilməsi məsələlərini və Ermənistanın xarici siyasətinin bütün aspektlərini müzakirə ediblər.
Qeyd edək ki, hələlik nə Bakı, nə Yerevan sülh müqaviləsi ilə bağlı son təkliflərin nədən ibarət olduğunu açıqlamayıb.
İlkin olaraq Bakının təklifi ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasını, sərhədlərin demarkasiyasını, gələcəkdə iddialardan imtina edilməsini, diplomatik münasibətlər qurulmasını ehtiva edirdi. Yerevan bu şərtlərlə sülh müqaviləsini imzalamağa razı olduğu barədə cavab verib, amma müqaviləyə Qarabağın statusu haqqında bənd daxil etməyi tələb edib. Bakı bu tələbi qəbul etməyib. 02D
-
- Aktual Reportaj
- 13 Fevral 2023 12:31
Siyasət
-
Yanvarın 16-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanı ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 11-ci görüşündə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası istiqamətləri müəyyən edilib. Bu barədə Azərbaycanın Ermənistanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının məlumatında deyilir.
-
“USAİD-in 2024-cü il 1 iyul tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil”, - Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bugünkü mətbuat konfransında bildirib.
-
Azərbaycan və Gürcüstan hər zaman regionda sülhün və sabitliyin tərəfdarı olublar,- cümə axşamı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyası Lənkəran şöbəsinin fəalı Ramil Eynəliyev "polisə tabe olmamaq" ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib.
Ermənistan- ABŞ sazişi. İsrail- HƏMAS atəşkəsi. Rusiya təklənir? – Rauf Mirqədirov Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:04
- 325
Rəy yaz